Waving Flag of Uganda (Animated Gif)

Uqanda Respublikası


Azərbaycan Respublikası və Uqanda Respublikası arasında ikitərəfli münasibətlər

 

1995-ci ilin 19 avqust tarixində Azərbaycan ilə Uqanda arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

 

Uqanda Respublikası ilə təmaslar əsasən AR-in Efiopiyadakı Səfirliyi vasitəsilə həyata keçirilir.

 

Uqanda Respublikasının İran İslam Respublikasındakı səfiri iqamətgahı Tehran şəhərində olmaqla Bakı şəhərində akkreditə olmuşdur.

 

21 sentyabr 2018-ci il tarixində Uqanda Respublikasının dövlət xidmətləri naziri Vilson Muruli Mukasa Azərbaycan Respublikasında səfərdə olmuşdur. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Uqanda Respublikasının Dövlət Xidmətləri Nazirliyi arasında dövlət xidmətlərinin göstərilməsinin mütərəqqi mexanizminin yaradılmasına dair əməkdaşlıq haqqında Anlaşma Memorandumu imzalanmışdır. Sənəd Davamlı İnkişaf Məqsədləri və 2030 Gündəliyi kontekstində Afrika ölkələrinin inkişafı, nümunəvi idarəetmə və sosial-iqtisadi irəliləyiş baxımından xüsusi önəm daşıyır. Səfər zamanı Uqanda nümayəndə heyəti “ASAN xidmət” mərkəzləri, “ABAD” publik hüquqi şəxsi, səyyar “ASAN xidmət” təcrübəsi ilə tanış olmuşdur.

 

21 iyul 2023-cü il tarixində Uqanda Respublikasının Hoima şəhərində “ASAN xidmət” modeli əsasında fəaliyyət göstərəcək Dövlət Xidmətləri Mərkəzinin açılışı baş tutmuşdur. Mərasimdə Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri Ülvi Mehdiyevin rəhbərlik etdiyi nümayəndə heyəti, Uqandanın dövlət xidmətləri naziri Vilson Muruli Mukasa iştirak etmişdir.

 

Qoşulmama hərəkatı çərçivəsində Azərbaycan ilə Uqanda arasında səmərəli əməkdaşlıq mövcuddur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 17 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının Dövlət və Hökumət başçılarının 19-cu Zirvə Toplantısında iştirak etmək üçün Uqanda Respublikasına işgüzar səfər etmişdir.

- Uqanda Respublikasının xarici işlər nazirlərinin Azərbaycana səfər tarixləri:

2013-cü ilin 23-26 aprel;

2018-ci ilin 4-6 aprel;

2019-cu il 23-26 oktyabr;

2023-cü il 2 mart;

2023-cü il 5-6 iyul.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

1.70

-

1.70

2022

4.71

-

4.71

2023 (yanvar-oktyabr)

35.59

17.14

18.45

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti