Waving Flag of Uganda (Animated Gif)

Uqanda Respublikası


Azərbaycan Respublikası və Uqanda Respublikası arasında ikitərəfli münasibətlər

 

1995-ci ilin 19 avqust tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Uqanda Respublikasının Xarici İşlər naziri Sam Kutesanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

4 may 2020-ci il tarixində Azərbaycan Respublikası Prezidenti və Qoşulmama Hərəkatının hazırkı sədri cənab İlham Əliyevin təşəbbüsü əsasında Qoşulmama Hərəkatına üzv ölkələrin Covid-19 pandemiyasına qarşı mübarizə üzrə Təmas Qrupunun “COVID-19-a qarşı birlikdəyik” mövzusunda Zirvə Görüşü formatında təşkil olunmuş video-konfransında Uqanda Respublikasının Xarici İşlər naziri Sam Kutesa iştirak etmişdir.

12 oktyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov Belqrad şəhərində keçirilmiş və Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı çərçivəsində Uqanda Respublikasının xarici işlər naziri Odonqo Jeje Abubakar ilə görüşmüşdür.

22 noyabr 2021-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Uqanda Respublikasının Azərbaycan Respublikasındakı səfiri (iqamətgahı Tehran şəhərində olmaqla) Muhammad Tezikuba Kisambiranın etimadnaməsini qəbul etmişdir. 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti