Cənubi Afrika Respublikası
Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Cənubi Afrika Respublikası arasında 29 aprel 1992-ci il tarixində diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
2011-ci ilin 16 avqust tarixində Azərbaycan Respublikasının Prezidentinin 1689 saylı sərəncamı ilə Elxan Polux oğlu Poluxov Cənubi Afrika Respublikasına fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir. Hal-hazırda AR-in CAR-dakı Səfirliyi müvəqqəti işlər vəkili səviyyəsində fəaliyyət göstərir.
CAR-ın Türkiyədəki Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
Azərbaycan Respublikası və Cənubi Afrika Respublikası arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur.
24 oktyabr 2022-ci il tarixində Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Cənubi Afrika Respublikasının Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin 3-cü raundu keçirilmişdir.
Azərbaycan Respublikası Cənubi Afrika Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsində maraqlıdır. Ölkələrimiz arasında istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün hər iki ölkə geniş imkanlara malikdir. Azərbaycan Respublikası-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur. Bu istiqamətdə hər iki ölkənin parlament sədrlərinin son illərdə həyata keçirdiyi qarşılıqlı səfərlərinin intensivliyi ölkələrimiz arasında mövcud əməkdaşlığın gələcəkdə daha da inkişafını göstərir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 1999-cu ilin 3 may tarixində Cənubi Afrika Respublikasının xarici işlər naziri A.Nzo Azərbaycana səfər etmişdir.
- 2014-cü ilin 20-27 fevral tarixlərində AR xarici işlər naziri Elmar Məmmədyarov CAR-da səfərdə olmuşdur.
- 28-29 noyabr 2016-cı il Cənubi Afrika Respublikasının Beynəlxalq Əlaqələr və Əməkdaşlıq naziri xanım Maite Nkoana-Maşabanenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikası-Cənubi Afrika Respublikası parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcuddur.
- 30 iyun – 1 iyul 2022-ci tarixlərində CAR Parlamentinin spikeri Nosivive Mapisa Nqakula Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin Bakı konfransında iştirak etmək məqsədilə Azərbaycan Respublikasında səfərdə olmuşdur.
- 8-10 fevral 2023-cü iil tarixlərində AR Milli Məclisinin sədri xanım Sahibə Qafarova CAR-da səfərdə olmuşdur.
- 15-18 may 2023-cü il tarixlərində CAR Parlamentinin spikeri Nosivive Mapisa Nqakula Azərbaycan Respublikası Milli Məclisinin təşkil etdiyi və Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş xüsusi sessiyada iştirak etmək üçün Azərbaycan Respublikasına səfər etmişdir.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi
Ünvan: 302 Albert küçəsi, Waterkloof, Pretoriya 0181, CAR
Rəsmi internet səhifəsi: www.pretoria.mfa.gov.az
E-poçt: pretoria@mission.mfa.gov.az
Tel: +27 12 346 10 18 (Səfirlik); +27 12 346 08 29 (Konsulluq şöbəsi)
Faks: +27 12 346 18 64