Kot-d’İvuar Respublikası


Azərbaycan Respublikası və Kot-d’İvuar Respublikası arasında ikitərəfli münasibətlər

 

1996-cı ilin 19 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

 

Kot d’İvuar  Respublikasının Rusiya Federasiyasındakı səfiri eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.

 

Azərbaycan ilə bu ölkə arasında əməkdaşlıq əlaqələri əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində Azərbaycan Respublikası ilə Kot d’İvuar arasında siyasi, iqtisadi, mədəni, təhsil, elm və digər sahələrdə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi üçün imkanların araşdırılması və ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi vacibdir. 

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2019

101.74

-

101.74

2021

5.26

-

5.26

2022

500.16

108.50

391.66

2023 (yanvar-oktyabr)

-

1.31

266.52

Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti