Seneqal Respublikası
Azərbaycan Respublikası və Seneqal Respublikası arasında ikitərəfli münasibətlər
1996-cı ilin 14 mart tarixində Azərbaycan ilə Seneqal arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2207 saylı, 4 iyun 2007-ci il tarixli sərəncamı ilə AR-in Mərakeş Krallığındakı səfiri iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Seneqal Respublikasında səfir təyin edilmişdir.
Azərbaycan ilə Seneqal arasında əlaqələr həm ikitərəfli əsasda, həm də beynəlxalq təşkilatlar çərçivəsində uğurla inkişaf etməkdədir. Ölkələrimizin BMT və Qoşulmama Hərəkatı çərçivəsində bir-birinə göstərdiyi daimi dəstək müsbət amil kimi qiymətləndirilir. Hər iki ölkə arasında ali səviyyədə diplomatik yazışmalar və beynəlxalq, milli günlərdə qarşılıqlı təbriklər həyata keçirilir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin daha bir il uzadılmasında Seneqal dəstək vermişdir.
Ölkələrimiz arasında siyasi, iqtisadi, ticari, mədəni, humanitar, enerji və təhlükəsizlik sahələrində ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş perspektivlər mövcuddur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 13-14 mart 2008-ci iltarixlərində Azərbaycan nümayəndə heyətinin İƏT üzv ölkələrinin Dövlət və Hökumət Başçılarının Dakarda keçirilmiş 11-ci zirvə Toplantısında AR Xarici İşlər Naziri cənab E.Məmmədyarov ilə Seneqal Xarici İşlər Naziri Şeyx Tidian Qadio arasında ölkələrimiz üçün əhəmiyyətli və səmərəli görüş keçirmişdir.
- 28 sentyabr 2018-ci il tarixində AR Xarici İşlər naziri Elmar Məmmədyarov tarixində Nyu Yorkda BMT Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Seneqal Respublikasının Xarici İşlər və Xaricdə Yaşayan Seneqallılarla iş üzrə naziri Sidiki Kaba ilə görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
393.94 |
393.75 |
0.19 |
2022 |
62.01 |
60.93 |
1.08 |
2023 (yanvar-oktyabr) |
189.65 |
189.65 |
- |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi