Tanzaniya Birləşmiş Respublikası
Azərbaycan Respublikası ilə Tanzaniya Birləşmiş Respublikası arasında ikitərəfli münasibətlər
07 fevral 2019-cu il tarixində Azərbaycan Respublikasının və Tanzaniya Birləşmiş Respublikasının BMT yanında daimi nümayəndələri tərəfindən iki ölkə arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike imzalanmışdır.
Tanzaniya Birləşmiş Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi Azərbaycan Respublikasında akkreditə olunub. Tanzaniya tərəfi ilə təmaslar əsasən AR-in Efiopiyadakı Səfirliyi vasitəsilə həyata keçirilir.
Azərbaycan ilə Tanzaniya arasında əlaqələr əsasən BMT, QH və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilir. Azərbaycan və Tanzaniya tərəfindən Qoşulmama Hərəkatı və BMT kimi çoxtərəfli platformalarda irəli sürülən namizədliklərə və layihələrə qarşılıqlı dəstək nümayiş etdirilir. Ölkələrimiz arasında turizm, təhsil, humanitar, iqtisadi, energetika və digər sahələrdə ikitərəfli əməkdaşlığın inkişaf etdirilməsində tərəflər maraqlıdır. Bununla yanaşı iki ölkə arasında siyasi məsləhətləşmələrin intensivləşdirilməsi, ikitərəfli qanunvericilik bazasının genişləndirilməsi vacibdir.
Vitse-prezidentlərin qarşılıqlı səfərləri
- 2 mart 2023-cü il tarixində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının COVİD-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Tanzaniyanın vitse-prezidenti Filip İsdor Mpanqo iştirak etmişdir.
Baş nazirlərin qarşılıqlı səfərləri
- 23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Tanzaniya Birləşmiş Respublikasının Baş naziri Kassim Majalivanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
1 032.36 |
- |
1 032.36 |
2022 |
843.06 |
- |
843.06 |
2023 (yanvar-oktyabr) |
753.87 |
1.30 |
752.57 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi