San-Tome və Prinsipi Demokratik Respublikası
Azərbaycan Respublikası və San-Tome və Prinsipi Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
2018-ci ilin 25 sentyabr tarixində "Azərbaycan Respublikası və San-Tome və Prinsipi Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair birgə kommünike" imzalanmışdır.
Azərbaycan ilə bu ölkə arasında əməkdaşlıq əlaqələri əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində bu ölkə ilə müxtəlif sahələrdə əlaqələrin gücləndirilməsi və daha da inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 2018-ci ilin 25 sentyabr tarixində AR Xarici İşlər naziri Elmar Məmmədyarovun San-Tome və Prinsipi Demokratik Respublikasının Xarici İşlər və İcmalar naziri Urbino Botelho ilə BMT Baş Assambleysının 73-cü sessiyası çərçivəsində Nyu-Yorkda görüşü keçirilmişdir.