Waving Flag of Cameroon (Animated Gif)

Kamerun

 

Azərbaycan və Kamerun arasında ikitərəfli münasibətlər

 

24 fevral 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

29 iyun - 6 iyul 2013-cü il tarixlərində Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən strateji tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Kamerunun paytaxtı Yaundedə humanitar aksiya keçirilmişdir.

Afrikanın sərt səhra iqlimi, havanın daima çirklənməsi və səhiyyənin oftalmologiya sahəsində mütəxəssislərin çatışmazlığı səbəbindən, bu humanitar aksiyalar ərzində, Kamerunda görmə ilə problemi olan minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 303 insan isə ödənişsiz əsasda əməliyyat olunmuşdur.

11 oktyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov Belqrad şəhərində keçirilmiş və Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı çərçivəsində Kamerun Respublikasının xarici işlər naziri Lejon Mbella Mbella ilə görüşmüşdür.

 

İqtisadi sahədə əməkdaşlıq

Azərbaycan Respublikası ilə Kamerun Respublikası arasında ticarət dövriyyəsi

(min ABŞ dolları)

İl

İxrac

İdxal

Ticarət dövriyyəsi

2019

43.88

34.86

78.74

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti