Zimbabve Respublikası
Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında ikitərəfli münasibətlər
2008-ci ilin 24 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı Səfirliyi Zimbabve Respublikasında, Zimbabvenin Rusiya Federasiyasındakı Səfirliyi Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Azərbaycan ilə Zimbabve arasında əməkdaşlıq əlaqələri əsasən BMT, QH və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilir. Hər iki ölkə siyasi, enerji, sərmayə qoyuluşu, müxtəlif iqtisadi layihələrin həyata keçirilməsi və digər sahələrdə əlaqələri inkişaf etdirməkdə maraqlıdır və bu əlaqələri inkişaf etdirmək üçün imkanlar mövcuddur.
AR Milli Məclisində Azərbaycan-Zimbabve parlamentlərarası işçi qrupu mövcuddur.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 18-19 yanvar 2019-cu il tarixində Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycan Respublikasına dövlət səfəri etmişdir. Səfər çərçivəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev ilə görüşmüşdür.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 10-11 aprel 2014-cü il tarixlərində Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbenqeqvinin Azərbaycan Respublikasına rəsmi səfəri baş tutmuşdur.
- 2 mart 2023-cü il tarixində Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Zimbabvenin xarici işlər nazirinin müavini David Musabayana iştirak etmişdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
1 383.87 |
- |
1 383.87 |
2021 |
765.72 |
- |
765.72 |
2022 |
1 379.12 |
- |
1 379.12 |
2023 (yanvar-oktyabr) |
926.98 |
- |
926.98 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi