Ekvatorial Qvineya Respublikası
Azərbaycan ilə Ekvatorial Qvineya arasında ikitərəfli münasibətlər
Azərbaycan ilə Ekvatorial Qvineya arasında diplomatik əlaqələr 11 noyabr 2004-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının bu ölkədə səfirliyi mövcud deyil. Təmaslar AR-in Efiopiyadakı Səfirliyi vasitəsilə həyata keçirilir.
Ekvatorial Qvineya Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Azərbaycan Respublikası ilə Ekvatorial Qvineya arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz müxtəlif istiqamətlərdə, xüsusilə də, enerji, təhsil, sərmayə qoyuluşu, idxal-ixrac və digər sahələrdə əməkdaşlığımızın inkişaf etdirilməsi üçün əlverişli imkana malikdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Ekvatorial Qvineya Respublikasının Prezidenti Obiang Nguema Mbasogonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.