Mali Respublikası
Azərbaycan Respublikası və Mali Respublikası arasında ikitərəfli münasibətlər
1996-ci ilin 26 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikası Prezidentinin 2348 saylı, 20 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mali Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Mali Respublikasının Rusiya Federasiyasındakı səfiri iqamətgahı Moskva şəhərində olmaqla eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.
Azərbaycan ilə bu ölkə arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir. Azərbaycan ilə Mali arasında münasibətlərin daha da inkişaf etdirilməsi üçün yaxşı imkanlar mövcuddur. Ölkələrimiz arasında iqtisadi əməkdaşlıq, qarşılıqlı ticarət və sərmayə qoyuluşu imkanlarının araşdırılması vacibdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 2017-ci ilin 4-6 may tarixlərində Mali Respublikasının Prezidenti İbrahim Bubakar Keyta Bakıda IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədi ilə ölkəmizə səfər etmişdir. 5 may 2017-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən qəbul edilmişdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
0.03 |
- |
0.03 |
2022 |
0.87 |
- |
0.87 |
2023 (yanvar-oktyabr) |
36.78 |
29.27 |
7.51 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi