Tunis Respublikası
Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Tunis Respublikası arasında diplomatik əlaqələr 1998-ci ilin 01 iyul tarixində yaradılmışdır.
Azərbaycanla Tunis arasında əlaqələr beynəlxalq təşkilatlar, o cümlədən BMT və İƏT çərçivəsində inkişaf etdirilmişdir.
Azərbaycan Prezidentinin 1937 saylı, 2 fevral 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının Mərakeş Krallığındakı səfiri iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Tunis Respublikasına səfir təyin edilmişdir.
2009-cu il 17 aprel tarixində Azərbaycan Respublikasının Mərakeş Krallığındakı Səfirliyinin Tunis Respublikasında nümayəndəliyi təsis edilmişdir. Mübariz Şakir oğlu İmanzadə Azərbaycan Respublikasının Tunis Respublikasında müvəqqəti işlər vəkili təyin edilmişdir. 4 il fəaliyyət göstərdikdən sonra nümayəndəlik işini dayandırmışdır.
2023-cü ildən etibarən Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iqamətgahı Əlcəzair şəhərində olmaqla eyni zamanda AR-ın Tunis Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Azərbaycan Respublikasının daim dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Tunis Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün hər iki ölkə geniş potensiala malikdir. Azərbaycanla Tunis arasında dövlət və hökumət başçıları arasında mütəmadi olaraq məktub mübadilələri aparılır.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 5-6 aprel 2018-ci il tarixlərində Qoşulmama Hərəkatının Bakıda keçirilmiş Aralıq Nazirlər Konfransında Tunis Respublikasının xarici işlər üzrə dövlət katibi Sabri Baştobci iştirak etmişdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
4 151.49 |
2 341 |
4 128.08 |
2020 |
315 573.85 |
312 287.67 |
3 286.18 |
2021 |
579 831.89 |
577 312.21 |
2 519.68 |
2022 |
504 515.91 |
499 103.55 |
5 412.36 |
2023 (yanvar-oktyabr) |
37 958.41 |
31 789.80 |
6 168.61 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi