Niger Respublikası
Azərbaycan və Niger arasında ikitərəfli münasibətlər
1995-ci ilin 10 oktyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və IƏT çərçivəsində mövcuddur.
Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində 2013 və 2016-cı illərdə Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyinin (eləcə də digər donorların) maliyyə dəstəyi ilə Nigerdə çox sayda xəstənin müayinəsi və göz əməliyyatı təmin olunmuşdur. Həmçinin, AİDA, İslam İnkişaf Bankı və digər donorların maliyyə yardımı ilə 2019 və 2021-ci illərdə təşkil olunmuş yuxarıda sözügedən kampaniya çərçivəsində Nigerdə ödənişsiz əsasda 3212 nəfərin göz əməliyyatı, 26 min 615 nəfərin müayinəsi təmin edilmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Niger Respublikasının xarici işlər naziri Kalla Ankuraonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Səfər çərçivəsində AR xarici işlər naziri Elmar Məmmədyarov Niger Respublikasının Xarici İşlər naziri Kalla Ankurao qəbul etmişdir.