Mərakeş Krallığı
Azərbaycan Respublikası və Mərakeş Krallığı arasında ikitərəfli münasibətlər
1991-ci ilin 30 dekabr tarixində Mərakeş Krallığı Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. 1992-ci ilin 28 avqust tarixində Azərbaycanla Mərakeş arasında diplomatik əlaqələr yaradılmışdır.
2018-ci ilin 5 mart tarixində Mərakeş Krallığının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri Nasir Bureyta Azərbaycanda rəsmi səfərdə olmuşdur.
24-26 oktyabr 2019-cu il tarixlərində Mərakeş Krallığının Xarici İşlər, Afrika Əməkdaşlığı və Xaricdə yaşayan Mərakeşlilər naziri- nümayəndə Mohsen Əl-Jazulinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Respublikasına səfər etmişdir.
2015-ci ilin 22 yanvar tarixində Mərakeşin paytaxtı Rabat şəhərindəki V Məhəmməd Universitetinin ədəbiyyat və humanitar elmlər fakültəsi nəzdində Azərbaycan dili, sivilzasiyası və mədəniyyəti üzrə tədris proqramının açılışı olmuşdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Mərakeş Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 23 sənəd imzalanmışdır.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mərakeş parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri İsmayılov İmamverdi İbiş oğludur.
Mərakeş Krallığının Parlamentində Mərakeş - Azərbaycan parlamentlərarası dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Mohamed Boudessdir.
İqtisadi sahədə əməkdaşlıq
Azərbaycan ilə Mərakeş arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İllər |
İdxal |
İxrac |
Ticarət dövriyyəsi |
2014 |
55,7 |
38,5 |
94,2 |
2015 |
4587.13 |
53.58 |
4640.71 |
2016 |
2838.30 |
00.00 |
2838.30 |
2017 |
3879,1 |
2,8 |
3881,9 |
2018 |
4445,7 |
0,4 |
4446,1 |
2019 |
5098.21 |
1.57 |
5099.78 |
2020 |
2274.33 |
206.51 |
2480.84 |
Mənbə: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi
28 sentyabr 2007-ci il tarixində Azərbaycan Respublikası Hökuməti və Mərakeş Krallığı Hökuməti arasında ikitərəfli əməkdaşlıq üzrə Birgə Komissiya yaradılmışdır.
Diplomatik nümayəndəlik
Ünvan: 50, Uled Said Suisi, Rabat
Şəhər: Rabat city
Tel: (00212) 537 75 13 25
Fax: (00212) 537 75 12 01
E-mail: rabat@mission.mfa.gov.az
Website: www.rabat.mfa.gov.az