Misir Ərəb Respublikası
Azərbaycan Respublikası və Misir Ərəb Respublikası arasında ikitərəfli münasibətlər
Misir Ərəb Respublikası 26 dekabr 1991-ci ildə Azərbaycan Respublikasının müstəqilliyini tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 27 mart 1992-ci il tarixində qurulmuşdur.
1993-cü ilin aprel ayından MƏR-in Bakıdakı Səfirliyi və 1994-cü ilin yanvar ayından isə Azərbaycan Respublikasının Qahirədəki Səfirliyi fəaliyyət göstərir.
Dostluq və əməkdaşlıq üzərində qurulan Azərbaycan-Misir əlaqələri bu gün yeni mərhələyə qədəm qoymuşdur. Yeni Misir rəhbərliyi ilə siyasi dialoqun yüksək səviyyəyə çatması və bunun nəticəsi olaraq, səfər mübadilələrinin həyata keçirilməsi qarşılıqlı əməkdaşlığın iki dost ölkə və xalqın maraqlarına uyğun müxtəlif sahələrdə inkişaf etməsinə təkan vermişdir.
Müxtəlif əməkdaşlıq alətləri, eləcə də işgüzar dairələr arasında fəal təmaslar ticari-iqtisadi münasibətlərin artmasına xidmət edir, mövsümi uçuşlar isə hər iki ölkənin turizm imkanları ilə tanış olmağa şərait yaradır. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Misir Ərəb Respublikası Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin işgüzar səfəri:
Sentyabr 1994
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəsmi səfəri:
6-8 may 2008
- Misir Ərəb Respublikasının Prezidenti cənab Əbdülfəttah Əs-Sisinin rəsmi səfəri:
28 yanvar 2023
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi səfəri:
15-17 oktyabr 2005
- Azərbaycan Respublikası xarici işlər naziri Elmar Məmmədyarovun işgüzar və rəsmi səfərləri:
2 mart 2009
2 noyabr 2016
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun işgüzar səfəri:
12 fevral 2023
- Misir Ərəb Respublikasının xarici işlər naziri Əhməd Əbul Ğeytin rəsmi səfəri:
24-25 may 2010
- Misir Ərəb Respublikasının xarici işlər naziri Sameh Şukrinin işgüzar səfəri:
24-26 oktyabr 2019
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Misir parlamentlərarası əlaqələr üzrə işçi qrupu:
İşçi qrupunun rəhbəri – Ceyhun Məmmədov
Misir Ərəb Respublikasının Nümayəndələr Palatasında Misir-Azərbaycan parlamentlərarası dostluq assosiasiyası:
Dostluq assosiasiyasının sədri – Əli Cümə
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərovun rəsmi səfəri:
Sentyabr 1997
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Sahibə Qafarovanın rəsmi səfəri:
6-8 fevral 2023
- Misir Ərəb Respublikasının Nümayəndələr Palatası sədrinin birinci müavini Mahmud Əhməd Şərifin işgüzar səfəri:
19-21 sentyabr 2018
- Misir Ərəb Respublikası Senatının sədri Əbdülvəhhab Əbdürraziqin işgüzar səfəri:
30 iyun-1 iyul 2022
- Misir Ərəb Respublikası Nümayəndələr Palatasının sədri Hənəfi Əl-Cibəlinin işgüzar səfəri:
14-17 may 2023
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Misir Ərəb Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 50 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
53 352.39 |
41 831.33 |
11 521.06 |
2020 |
7 792.48 |
624.88 |
7 167.60 |
2021 |
42 453.78 |
33 200.48 |
9 253.30 |
2022 |
16 192.75 |
2 554.29 |
13 638.46 |
2023 (yanvar-oktyabr) |
9 825.02 |
775.84 |
9 049.18 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Misir Ərəb Respublikasındakı Səfirliyi
Ünvan: Qahirə, Maadi Sarayat, küçə 10, Villa 16/24, 11431, Misir
Rəsmi internet səhifəsi: www.cairo.mfa.gov.az
E-poçt: embassy.azerbaijan.cairo@gmail.com
Tel: (+202) 23583761; 23583783; 23583790
Faks: (+202) 23583725