Anqola Respublikası
Azərbaycan Respublikası və Anqola Respublikası Arasında ikitərəfli münasibətlər
1 dekabr 1994-cü il tarixində Azərbaycan ilə Anqola arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Anqola Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
31 oktyabr 2012-cı il tarixində Azərbaycan Respublikası Prezidentinin 2507 saylı sərəncamı ilə Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iqamətgahı Pretoriya şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Anqola Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Anqola ilə Azərbaycan arasında siyasi əlaqələr yaxşı səviyyədədir, iqtisadiyyat və ticarət sahələrində əməkdaşlığımızın inkişaf etdirilməsi üçün böyük imkanlar mövcuddur. Ölkələrimiz arasında energetika sahəsində də əməkdaşlıq imkanları genişdir. Anqola müstəqillik əldə etdikdən sonra Azərbaycan bu ölkədə mütəxəssislərin hazırlanmasına böyük töhfələr vermişdir. Bu xüsusda mütəxəssislərin, mühəndislərin, həkimlərin və hərbçilərin hazırlanmasında Azərbaycanın ali təhsil müəssisələri mühüm rol oynamışdır.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
2 mart 2023-cü il tarixində Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Anqolanın xarici işlər üzrə dövlət naziri Esmeralda Bravo Konde da Silva Mendonsa iştirak etmişdir.
19 yanvar 2024-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının dövlət və hökumət başçılarının 19-cu zirvə görüşündə iştirakı məqsədilə Uqanda Respublikasına səfəri çərçivəsində Anqola Respublikasının xarici əlaqələr naziri Tete Antonio ilə görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
22 800 |
- |
- |
2021 |
123.72 |
123.72 |
- |
2022 |
447.09 |
202.46 |
244.63 |
2023 (yanvar-oktyabr) |
1 808.68 |
158.88 |
1 649.80 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi