Madaqaskar Respublikası
Azərbaycan Respublikası və Madaqaskar Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Madaqaskar Respublikası arasında diplomatik əlaqələr 26 may 1993-cü ildə qurulmuşdur.
Madaqaskar Respublikasının Rusiya Federasiyasındakı səfiri iqamətgahı Moskva şəhəri olmaqla ölkəmizdə akkreditə olunmuşdur.
Azərbaycan ilə bu ölkə arasında əməkdaşlıq əlaqələri əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil, elm və digər sahələrdə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi üçün imkanlarının araşdırılması və ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi vacibdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 21 sentyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Madaqaskar xarici işlər naziri Patrik Racoelina ilə görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
383.36 |
- |
383.36 |
2022 |
602.03 |
- |
602.03 |
2023 (yanvar-oktyabr) |
489.30 |
- |
489.30 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi