Sudan Respublikası
Azərbaycan Respublikasının Sudan Respublikası ilə ikitərəfli münasibətləri
Sudan 28 dekabr 1991-ci il tarixində Azərbaycanın müstəqilliyini tanımışdır. Sudan Respublikası ilə diplomatik əlaqələr 25 iyul 1992-ci il tarixində yaradılmışdır.
1993-cü ildən Bakıda Sudan Respublikasının Səfirliyi fəaliyyət göstərmiş və 1999-cu ildə maliyyə çətinlikləri səbəbindən müvəqqəti olaraq öz fəaliyyətini dayandırsa da 2013-cü ilin sentyabr ayından öz fəaliyyətini yenidən bərpa etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 26 oktyabr 2011-ci il tarixli, 1795 saylı Sərəncamı ilə Azərbaycanın Misirdəki Səfiri iqamətgahı Qahirə şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Sudan Respublikasında səfiri təyin edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 3080 saylı, 12 iyul 2017-ci il tarixli Sərəncamı ilə Tarik Hamza Zeynəlabdin Azərbaycan Respublikasının Sudan Respublikasında fəxri konsulu təyin edilmişdir.
Azərbaycan Respublikasının daim dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Sudan Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün imkanlar mövcuddur. BMT, İƏT, QH və digər beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Sudan arasında səmərəli əməkdaşlıq mövcuddur.
Sudan Respublikası Milli Assambleyasının xarici əlaqələr komitəsi 1 sentyabr 2014-cü il tarixində 1992-ci ilin fevralında Xocalı şəhərində mülki Azərbaycan əhalisinə qarşı Ermənistan silahlı qüvvələri tərəfindən törədilmiş qətliamı soyqırım aktı və insanlığa qarşı cinayət kimi tanımışdır.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Sudan Suveren Keçid Şurasının Sədri Abdel Fattah Abdelrahmanın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 10-11 may 2012-ci il tarixlərində Sudan Respublikasının Xarici İşlər Naziri Əli Əhməd Karti Azərbaycanda rəsmi səfərdə olmuşdur.
- 17-19 mart 2015-ci il tarixlərində Sudan Respublikasının xarici işlər naziri Əli Əhməd Karti Azərbaycanda rəsmi səfərdə olmuşdur.
- 6 aprel 2018-ci il tarixində Qoşulmama Hərəkatının Bakıda keçirilən Aralıq Nazirlər Konfransında iştirak etmək üçün Sudan Respublikasının xarici işlər üzrə dövlət naziri Məhəmməd İdrisi Azərbaycanda səfərdə olmuşdur.
- 2 mart 2023-cü il tarixində Sudan Respublikasının xarici işlər naziri cənab Əli Əl-Sadiq Əlini ölkəmizdə səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
- 20-21 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Parlamentinin 100 illik yubileyi münasibəti ilə keçirilmiş tədbirlərdə iştirak etmək məqsədi ilə Sudan Respublikasının Milli Assambleyasının sədri İbrahim Əhməd Ömərin başçılıq etdiyi parlament nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Sudan Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 6 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
35.93 |
4.40 |
31.53 |
2020 |
3.50 |
0.00 |
3.50 |
2021 |
91.6 |
88.25 |
3.35 |
2022 |
172.64 |
172.34 |
0.30 |
2023 (yanvar-oktyabr) |
17.75 |
14.23 |
3.52 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi