Zambiya Respublikası
Azərbaycan Respublikası və Zambiya Respublikası arasında kitərəfli münasibətlər
1993-cü ilin 18 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Zambiya Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Azərbaycan ilə Zambiya arasında əməkdaşlıq əlaqələri əsasən BMT, QH və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilir. İki ölkə arasında həm siyasi, həm də mədəni və humanitar sahələrdə tərəfdaşlığın artırılması üçün perspektivlər mövcuddur. Bu xüsusda, turizm və təhsil sahələrində əməkdaşlığın dərinləşdirilməsi üçün ölkələr arasında müqavilə-hüquq bazasının artırılması vacibdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Zambiya Respublikasının Xarici İşlər naziri Jozef Malanjinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur. Xarici İşlər naziri Jozef Malanjin səfər çərçivəsində AR xarici işlər naziri Elmar Məmmədyarovla görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
0.03 |
- |
0.03 |
2022 |
49.00 |
- |
49.00 |
2023 (yanvar-oktyabr) |
129.76 |
- |
129.76 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi