Waving Flag of Guinea (Animated Gif)

Qvineya Respublikası


Azərbaycan Respublikası və Qvineya Respublikası arasında ikitərəfli münasibətlər

 

Qvineya Respublikası ilk dövlətlərdən biri olaraq 1992-ci ilin 9 yanvar tarixində Azərbaycan Respublikasının müstəqilliyini tanımış və Afrikanın ilk dövləti olaraq, 1992-ci ilin 11 mart tarixində Azərbaycanla diplomatik əlaqələr qurmuşdur.

 

Azərbaycan ilə Qvineya arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində inkişaf etdirilir. Azərbaycan Respublikası ilə Qvineya Respublikası arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdirilməsi üçün qarşılıqlı maraq və geniş imkanlar mövcuddur, lakin bu əməkdaşlıq hazırda lazımi səviyyədə deyildir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində bu ölkə ilə  siyasi, iqtisadi, mədəni, turizm, təhsil, elm və digər sahələrdə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi və ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi vacibdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 9-11 dekabr 2013-cü il tarixlərində Qvineyanın paytaxtı Konakri şəhərində keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının “Sivilizasiyalararası dialoq: Sülh və davamlı inkişaf amili” mövzusunda 40-cı sessiyasında xarici işlər naziri Elmar Məmmədyarovun rəhbərliyi ilə nümayəndə heyəti iştirak etmişdir.

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti