Waving Flag of Liberia (Animated Gif)

Liberiya Respublikası

 

Azərbaycan Respublikası ilə Liberiya Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası ilə Liberiya Respublikası arasında diplomatik əlaqələr 22 may 1996-cı ildə qurulmuşdur.

2014-cü ildə Ebola epidemiyasının bəzi Afrika ölkələrində yayılması çoxsaylı insan tələfatı ilə yanaşı, həmin ölkələrin iqtisadiyyatına ağır zərbə ilə nəticələnmişdir. Bu xüsusda, 2015-ci ildə Azərbaycan hökuməti Ebola epidemiyasından zərər çəkən Liberiya, Qvineya və Syerra Leone olmaqla, üç Afrika ölkəsinə bu epidemiya ilə mübarizəyə dəstək məqsədilə 1 milyon ABŞ dolları həcmində yardım etmişdir. Yardım BMT-nin İnkişaf Proqramı (BMTİP) və BMT-nin Humanitar Məsələlərin Əlaqələndirilməsi üzrə Ofisi (OCHA) vasitəsilə həyata keçirilmişdir.

2014-2016-ci illərdə Azərbaycan Respublikası ilə YUNESKO arasında imzalanmış Əməkdaşlığa dair Çərçivə Sazişinə uyğun olaraq, “Liberiyada hamı üçün təhsil” proqramı çərçivəsində bir neçə layihə maliyyələşdirilmişdir. Bu layihə üçün 400 000 ABŞ dolları məbləğindəvəsait ayrılmışdır.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti