Benin Respublikası
Azərbaycan Respublikası ilə Benin Respublikası arasında ikitərəfli münasibətlər
14 oktyabr 1999-cü il tarixində Azərbaycan-Benin arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
2009-cu ildə Benin Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
23 avqust 2018-ci il tarixindən isə Benin Respublikasının Türkiyə Respublikasındakı səfiri iqamətgahı Ankara şəhərində olmaqla eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.
Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində həyata keçirilir. Azərbaycan ilə Benin arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında münasibətlərin inkişafı üçün müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsi önəmlidir.
Azərbaycan və Benin qarşılıqlı tərəfdaşlıq əlaqələrinin bir sıra istiqamətlərində, o cümlədən enerji, elm, təhsil və kənd təsərrüfatı sahələrində əməkdaşlıq üçün əlverişli imkanlara malikdir.
9-17 iyun 2013-cü il tarixlərində AR Xarici İşlər Nazirliyinin Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən strateji tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Beninin paytaxtı Kotonuda humanitar aksiya keçirilmişdir.
Afrikanın sərt səhra iqlimi, havanın daima kirlənməsi və səhiyyənin oftalmologiya sahəsində mütəxəssislərin çatışmazlığı səbəbindən, bu humanitar aksiyalar ərzində, Benində görmə ilə problem olan minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 315 insan isə ödənişsiz əsasda əməliyyat olunaraq yenidən görmək imkanı əldə etmişdir. Bununla yanaşı, yerli oftalmoloqlar üçün ixtisas artırma təlimləri də təşkil edilmişdir.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
159.89 |
159.89 |
- |
2022 |
77.35 |
77.35 |
- |
2023 (yanvar-oktyabr) |
- |
- |
- |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi