Qvineya-Bisau Respublikası
Azərbaycan Respublikası və Qvineya-Bisau Respublikası arasında ikitərəfli münasibətlər
27 avqust 1992-ci ilin tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Qvineya-Bisau Respublikasının Rusiya Federasiyasındakı səfiri iqamətgahı Moskva şəhərində olmaqla eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.
Azərbaycan ilə Qvineya-Bisau arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində inkişaf etdirilir. Beynəlxalq təşkilatlar çərçivəsində ölkələrimiz arasında aparılan əməkdaşlıq yüksək qiymətləndirilir, həm ikitərəfli, həm də çoxtərəfli formatlarda əməkdaşlıq uğurla həyata keçirilir və münasibətlər qarşılıqlı hörmət və dəstəyə əsaslanır. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində bu ölkə ilə siyasi, iqtisadi, mədəni, turizm, təhsil, elm və digər sahələrdə əlaqələrin gücləndirilməsi və daha da inkişaf etdirilməsi baxımından yüksək səviyyəli qarşılıqlı səfərlərin əhəmiyyəti vacibdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 19 iyun 2021-ci il tarixində AR xarici işlər naziri Ceyhun Bayramov Antalya Diplomatiya Forumu çərçivəsində Qvineya-Bisau Respublikasının xarici işlər naziri Suzi Barboza ilə görüşmüşdür.