Waving Flag of Eritrea (Animated Gif)

Eritreya Dövləti

 

Azərbaycan Respublikası ilə Eritreya Dövləti arasında ikitərəfli münasibətlər
 

Azərbaycan ilə Eritreya Dövləti arasında diplomatik əlaqələr 20 aprel 2004-cü ildə qurulmuşdur.

 

Azərbaycan Respublikasının bu ölkədə səfirliyi mövcud deyil. Təmaslar AR-in Efiopiyadakı Səfirliyi vasitəsilə həyata keçirilir.

 

Eritreya Respublikasının Rusiya Federasiyasındakı Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.

 

Azərbaycan Respublikası ilə Eritreya Respublikası arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.  Hər iki ölkə müxtəlif sahələrdə qarşılıqlı maraq doğuran məsələlərin müzakirəsi və əlaqələrin inkişaf etdirilməsində maraqlıdır.  İki ölkə arasında ticarət sahəsində əməkdaşlıq çox aşağı səviyyədədir. Bu əməkdaşlığın inkişaf etdirilməsi üçün imkanların araşdırılması və ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi vacibdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 25 sentyabr 2018-ci il tarixində AR Xarici İşlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Eritreyanın xarici işlər naziri Osman Saleh Məhəmməd ilə görüşmüşdür. Görüşdə iki ölkə arasında əməkdaşlıq perspektivləri, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq və dəstək məsələləri, eləcə də BMT Baş Assambleyasının 73-cü sessiyasının gündəliyi üzrə maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti