Mozambik Respublikası
Azərbaycan Respublikası ilə Mozambik Respublikası arasında ikitərəfli münasibətlər
20 iyun 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
18 aprel 2013-cü il tarixində Azərbaycan Respublikasının Cənubi Afrika Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iqamətgahı Pretoriya şəhərində olmaqla, eyni zamanda Azərbaycan Respublikasının Mozambik Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.
Azərbaycan ilə Mozambik arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil, elm və digər sahələrdə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi üçün imkanlarının araşdırılması və ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi vacibdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 20-27 fevral 2014-cü il tarixlərində AR-in xarici işlər naziri Elmar Məmmədyarov Mozambikdə səfərdə olmuşdur.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
0.72 |
0.72 |
- |
2022 |
2.61 |
2.61 |
- |
2023 (yanvar-oktyabr) |
3.51 |
- |
3.51 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi