Qambiya Respublikası
Azərbaycan Respublikası və Qambiya Respublikası arasında ikitərəfli münasibətlər
1994-ci ilin 11 noyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
2008-ci ilin iyul ayından etibarən AR-in Mərakeş Krallığındakı səfiri iqamətgahı Rabat şəhəri olmaqla, eyni zamanda Qambiya Respublikasında AR-ın fövqəladə və səlahiyyətli səfiri təyin olunmuşdur.
Azərbaycan ilə Qambiya arasında dostluq əlaqələri mövcuddur. Ölkələrimiz arasında beynəlxalq təşkilatlar çərçivəsində, o cümlədən İslam Əməkdaşlıq Təşkilatı, BMT və QH-da uğurlu əməkdaşlıq həyata keçirilir və bir-birini qarşılıqlı şəkildə dəstəkləyir. İşğal ilə bağlı Azərbaycanın ədalətli mövqeyi Qambiya tərəfindən beynəlxalq platformada dəstəklənmişdir.
Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamları ilə təsis olunmuş İƏT və QH-yə üzv ölkələrin vətəndaşları üçün təhsil qrantı proqramlarından 2018, 2020, 2021 və 2022-ci illərdə Qambiyalı tələbələr faydalanmışdır.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Qambiya Respublikasının xarici işlər, beynəlxalq əməkdaşlıq və xaricdəki qambiyalılarla iş üzrə nazirlərinin Azərbaycan Respublikasında rəsmi səfərləri:
10-14 aprel 2010-cu il;
21-22 may 2013-cü il;
7-8 iyun 2018-ci il;
2 mart 2023-cü il.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 1 sənəd imzalanmışdır.