Konqo Demokratik Respublikası
Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələr 23 sentyabr 2011-ci ildə Nyu-Yorkda imzalanmış “Azərbaycan Respublikası və Konqo Demokratik Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike” əsasında qurulmuşdur.
Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində Azərbaycan Respublikası ilə Konqo Demokratik Respublikası arasında siyasi, iqtisadi, mədəni, təhsil, elm və digər sahələrdə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi üçün imkanların araşdırılması və ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi vacibdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Konqo Demokratik Respublikasının Baş nazirinin müavini, xarici işlər naziri Leonard Şe Okitunda 2018-ci ilin 4-6 aprel tarixlərində Qoşulmama Hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə işçi səfərdə olmuşdur.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
41.29 |
- |
41.29 |
2022 |
- |
- |
- |
2023 (yanvar-oktyabr) |
0.23 |
- |
0.23 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi