Syerra-Leone Respublikası
Azərbaycan Respublikası ilə Syerra-Leone Respublikası arasında ikitərəfli münasibətlər
1995-ci ilin 13 mart tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2024-cü ilin yanvar ayının 18-də Syerra-Leone Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Alie Badara Kamaranın etimadnaməsini qəbul edib.
Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT, QH və İƏT çərçivəsində inkişaf etdirilir. Ölkələrimiz beynəlxalq təşkilatlarda bir-birinə qarşılıqlı dəstək nümayiş etdirir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkat çərçivəsində Syerra-Leone ilə əməkdaşlıq əlaqələri yüksək olmuşdur. Hər iki ölkə qarşılıqlı əlaqələrin inkişafında maraqlıdır. Syerra-Leone ebola virusundan əziyyət çəkən zaman Azərbaycanın bu ölkəyə göstərdiyi dəstək yüksək qiymətləndirilmişdir.
İki ölkə arasında iqtisadiyyat, kənd təsərrüfatı, investisiya, insan kapitalının inkişafı, mədəniyyət, elm və təhsil sahələrində əməkdaşlıq üçün imkanlar mövcuddur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
25 sentyabr 2018-ci il tarixində AR xarici işlər naziri Elmar Məmmədyarov BMT-nin Baş Assambleyasının 73-cü sessiyası çərçivəsində Syerra-Leonenin xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Alie Kabba ilə görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
287.4 |
120.62 |
166.78 |
2022 |
92.1 |
86.09 |
6.01 |
2023 (yanvar-oktyabr) |
26.17 |
- |
26.17 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi