Waving Flag of Nigeria (Animated Gif)

Nigeriya Federativ Respublikası

 

Azərbaycan Respublikası və Nigeriya Federativ Respublikası arasında ikitərəfli münasibətlər

 

Nigeriya Azərbaycanın müstəqilliyini 11 mart 1992-ci ildə tanımışdır. Həmin tarixdə ölkələr arasında diplomatik əlaqələr qurulmuşdur.

 

Nigeriyanın İran Respublikasındakı Səfiri eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunmuşdur.

 

Azərbaycan ilə bu ölkə arasında əməkdaşlıq əlaqələri əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Siyasi sahədə əlaqələr yüksək səviyyədədir və ölkələrimiz müxtəlif beynəlxalq təşkilatlarda fəal əməkdaşlıq edir. İşğal dövründə Nigeriya hər zaman Azərbaycanın haqlı mövqeyini dəstəkləmişdir. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinin 2023-cü ilə qədər uzadılması məsələsinə Nigeriya dəstək vermişdir. Azərbaycan tərəfindən bu dəstək etimad və dostluq əlaməti kimi qiymətləndirilmişdir.

 

Azərbaycanın Qoşulmama Hərəkatının və İslam Əməkdaşlıq Təşkilatının üzv dövlətlərindən olan tələbələrin ölkəmizdə təhsil almaları üçün ayrılmış təqaüd proqramı çərçivəsində Nigeriyadan olan tələbələr Azərbaycanın ali məktəblərində təhsil alır.

Azərbaycan-Nigeriya parlamentlərarası işçi qrupu mövcuddur.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

157.48

84.70

72.78

2022

511.88

471.06

40.82

2023 (yanvar-oktyabr)

499.93

486.75

13.18

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti