Lesoto Krallığı
Azərbaycan Respublikası və Lesoto Krallığı arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Lesoto Krallığı arasında diplomatik əlaqələr 28 sentyabr 2012-ci ildə qurulmuşdur.
Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində iki ölkə arasında siyasi, iqtisadi, mədəni, təhsil, elm və digər sahələrdə əlaqələrin gücləndirilməsi və inkişaf etdirilməsi üçün imkanlarının araşdırılması və ikitərəfli yüksəksəviyyəli görüşlərin keçirilməsi vacibdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Lesoto Krallığının Xarici İşlər və Beynəlxalq Əlaqələr naziri Leseqo Makqotinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
- 22 sentyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov BMT-nin Baş Assambleyasının 76-cı sessiyasında iştirakı çərçivəsində Lesoto Krallığının xarici işlər naziri Matsepo Ramakoae ilə görüşmüşdür.