Waving Flag of Kenya (Animated Gif)

Keniya Respublikası

 

Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında ikitərəfli münasibətlər

 

Azərbaycan Respublikası ilə Keniya Respublikası arasında diplomatik əlaqələr 28 may 2004-cü ildə qurulmuşdur.

 

18 noyabr 2022-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Azərbaycan Respublikasının Keniya Respublikasında Səfirliyinin təsis edilməsi haqqında N636VİQ saylı qanunu imzalamışdır.

 

23 may 2023-cü il tarixində Sultan Hacıyev Azərbaycan Respublikasının Keniya Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Keniyanın İrandakı səfiri eyni zamanda Azərbaycanda akkreditə olunmuşdur.

 

Azərbaycan Respublikası Keniya Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün hər iki ölkə geniş imkanlara malikdir. Son dövrlərdə həyata keçirilmiş qarşılıqlı səfər mübadilələrinin intensivliyi ölkələrimiz  arasında mövcud əlaqələrin gələcəkdə daha da inkişafını göstərir.

 

Hökumət başçılarının qarşılıqlı səfərləri

- 2 mart 2023-cü il tarixində Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Keniyanın Baş kabinet katibi (Baş nazir) Musalia Mudavadi Azərbaycanda səfərdə olmuşdur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 23 oktyabr 2019-cu il tarixində Keniya Respublikasının Xarici İşlər nazirinin müavini cənab Ababu Namvambanı Qoşulmama Hərəkatının Zirvə görüşündə iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

1 574.55

-

1 574.55

2022

2 333.69

-

2 333.69

2023 (yanvar-oktyabr)

3 136.49

408.25

2 728.24

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti