Qana Respublikası
Azərbaycan Respublikası və Qana Respublikası arasında ikitərəfli münasibətlər
1992-ci ilin 11 sentyabr tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Qana Respublikasının Rusiya Federasiyasında səfiri iqamətgahı Moskva şəhərində olmaqla, eyni zamanda Qana Respublikasının Azərbaycan Respublikasında akkreditə edilmişdir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2023-cü ilin fevral ayının 14-də Qana Respublikasının ölkəmizdə yeni təyin olunan fövqəladə və səlahiyyətli səfiri Oheneba Lesli Akua Akyaa Opoku-Varenin etimadnaməsini qəbul etmişdir.
Azərbaycan ilə Qana arasında beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq mövcuddur. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyinə Qananın verdiyi dəstək və göstərdiyi etimad ölkəmiz tərəfindən yüksək qiymətləndirilir. Ölkələrimiz arasında siyasi əlaqələrin, iqtisadi-ticari, investisiya qoyuluşu sahələrində əməkdaşlığın inkişaf etdirilməsi üçün geniş imkanlar mövcuddur. Təhsil, kənd təsərrüfatı, mədən sənayesi kimi sahələrdə əməkdaşlıq mümkündür.
Azərbaycanın Qoşulmama Hərəkatına üzv ölkələrə ayırdığı təhsil qrantı çərçivəsində Qanadan olan 10-a yaxın tələbə ölkəmizin müxtəlif təhsil müəssisələrində ali təhsil alır.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Qana Respublikasının Prezidenti Nana Akufo-Addonun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 2018-ci ilin 4-6 aprel tarixlərində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirli Ayorkor Botçuey Qoşulmama hərəkatının nazirlər konfransında iştirak etmək məqsədilə ölkəmizdə səfərdə olmuşdur.
- 1-3 may 2019-cu il tarixində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri xanım Şirli Botçvey 5-ci Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunda iştirak etmək məqsədilə Azərbaycan Respublikasında səfərdə olmuşdur.
- 6 mart 2023-cü il tarixində xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Ən az inkişaf etmiş ölkələr üzrə Beşinci Konfransında iştirakı çərçivəsində Qana Respublikasının xarici işlər və regional inteqrasiya naziri Şirli Ayorkor Botçvey ilə görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
65.18 |
26.30 |
38.88 |
2021 |
170.13 |
146.53 |
23.60 |
2022 |
54.79 |
37.93 |
16.86 |
2023 (yanvar-oktyabr) |
74.07 |
53.30 |
20.87 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi