Efiopiya Federativ Demokratik Respublikası
Azərbaycan Respublikası və Efiopiya Federativ Demokratik Respublikası arasında ikitərəfli münasibətlər
2 noyabr 1992-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
Azərbaycan Respublikasının Efiopiyadakı Səfirliyi 2015-ci ildən fəaliyyət göstərir.
Efiopiyanın Türkiyədəki Səfirliyi eyni zamanda Azərbaycan Respublikasında akkreditə olunub.
20 dekabr 2017-ci il tarixində Efiopiya Federativ Demokratik Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulluğu fəaliyyətə başlamışdır. Fəxri konsul Ceyhun Ələkbərovdur.
Azərbaycan brendi olan ASAN Xidmət ilə Efiopiyanın aidiyyəti qurumları arasında əməkdaşlıq mövcuddur. Efiopiyanin Dövlət Qulluğu Komissiyasının nümayəndələri ölkəmizdə "ASAN xidmət"in fəaliyyəti ilə tanış olmaq və modelinin bu ölkədə qurulması məqsədilə danışıqların aparılması üçün 2023-cü ilin noyabr ayında Azərbaycanda səfərdə olmuşdur. Eyni zamanda ASAN Xidmətin nümayəndə heyəti danışıqların davamı üçün 2023-cü ilin dekabr ayında bu ölkəyə səfər etmişdir.
Beynəlxalq təşkilatlar çərçivəsində Azərbaycan ilə Efiopiya arasında səmərəli əməkdaşlıq mövcuddur.
Azərbaycan və Efiopiya arasında siyasi məsləhətləşmələr mexanizmi mövcuddur. 2023-cü ildə Bakı şəhərində Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi ilə Efiopiya Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələr keçirilmişdir.
17 mart 2023-cü il tarixindən Efiopiyada “Azərbaycanda təhsil almış tələbələrin assosiasiyası” fəaliyyət göstərir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 8-10 noyabr 2017-ci il tarixlərində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarov Efiopiya tərəfinin dəvəti ilə Efiopiya Federativ Demokratik Respublikasında rəsmi səfərdə olmuşdur.
- 24-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Efiopiya Federativ Demokratik Respublikasının Xarici İşlər Nazirliyinin Dövlət naziri Markos Teklenin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.
- 2 mart 2023-cü il tarixində Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə Efiopiya Baş nazirinin müavini, xarici işlər naziri Demeke Mekonnen Haasen iştirak etmişdir.
Parlamentlərarası əlaqələr
AR Milli Məclisində Azərbaycan-Efiopiya parlamentlərarası işçi qrupu Efiopiyanın Xalq Nümayəndələri Palatasında (aşağı palata) Efiopiya-Azərbaycan dostluq qrupu mövcuddur.
- 31 oktyabr - 1 noyabr 2013-cü il tarixlərində keçirilmiş III Bakı Beynəlxalq Humanitar Forumunda Efiopiya Federativ Demokratik Respublikası Parlamentinin Xalq Nümayəndələri Palatasının sədri Abadula Gemeda Daqon iştirak etmişdir.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 2 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
- |
- |
- |
2022 |
317.53 |
136.80 |
180.73 |
2023 (yanvar-oktyabr) |
150.29 |
- |
150.29 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Efiopiya Federativ Demokratik Respublikasındakı Səfirliyi
Ünvan: Kolfe Keranio şəhərciyi, Woreda 9, Ev N 2467, Əddis-Əbəbə, Efiopiya
Rəsmi internet səhifəsi: www.addisababa.mfa.gov.az
E-poçt: addisababa@mission.mfa.gov.az
Tel: +251 113 691 586/58
Faks: +251 113 691 512