Kamerun Respublikası
Azərbaycan Respublikası və Kamerun Respublikası arasında ikitərəfli münasibətlər
24 fevral 1995-ci il tarixində ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.
29 iyun - 6 iyul 2013-cü il tarixlərində Xarici İşlər Nazirliyinin Azərbaycan Respublikasının Beynəlxalq İnkişafa Yardım Agentliyi (AIDA) tərəfindən strateji tərəfdaşlıq çərçivəsində İslam İnkişaf Bankı ilə birgə İslam Əməkdaşlıq Təşkilatına üzv olan Afrika ölkələrində həyata keçirilən “Qarşısı alına bilən görmə qabiliyyətinin itirilməsi ilə mübarizə” kampaniyası çərçivəsində Kamerunun paytaxtı Yaundedə görmə ilə problem olan minlərlə insan pulsuz olaraq göz müayinəsindən keçmiş, görmə qabiliyyətini itirmiş 303 insan isə ödənişsiz əsasda əməliyyat olunaraq yenidən görmək imkanı əldə etmişdir. Bununla yanaşı yerli oftalmoloqlar üçün ixtisas artırma təlimləri də təşkil edilmişdir.
Azərbaycan Respublikası ilə Kamerun Respublikası arasında beynəlxalq təşkilatlar çərçivəsində dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Ölkələrimiz arasında siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi vacibdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 12 oktyabr 2021-ci il tarixində AR-in xarici işlər naziri C.Bayramov Belqrad şəhərində keçirilmiş və Qoşulmama Hərəkatının 60 illik yubileyinə həsr olunmuş tədbirdə iştirakı çərçivəsində Kamerun Respublikasının xarici işlər naziri Lejon Mbella Mbella ilə görüşmüşdür.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
78.74 |
43.88 |
34.86 |
2021 |
63.11 |
32.40 |
30.71 |
2022 |
40.73 |
- |
40.73 |
2023 (yanvar-oktyabr) |
49.60 |
14.06 |
35.54 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi