Waving Flag of Burundi (Animated Gif)

Burundi Respublikası

 

Azərbaycan Respublikası və Burundi Respublikası arasında ikitərəfli münasibətlər

 

2 mart 1995-ci il tarixində Azərbaycan – Burundi arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır.

 

Azərbaycan Respublikası ilə Burundi Respublikası arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. Hər iki ölkə arasında siyasi, iqtisadi, ticarət, sərmayə qoyuluşu və eyni zamanda, beynəlxalq təşkilatlar çərçivəsində qarşılıqlı maraq doğuran məsələlərlə bağlı əməkdaşlığın inkişaf etdirilməsi üçün əlverişli imkanlara malikdir.

 

AR Milli Məclisində Azərbaycan-Burundi parlamentlərarası işçi qrupu mövcuddur. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Burundi Respublikasının Xarici İşlər naziri Ezekel Nibiqiranın rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

1.46

-

1.46

2022

0.17

-

0.17

2023 (yanvar-oktyabr)

4.39

-

4.39

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti