Toqo Respublikası
Azərbaycan Respublikası ilə Toqo Respublikası arasında ikitərəfli münasibətlər
28 dekabr 2010-cu ildə ölkələrimiz arasında diplomatik əlaqələrin yaradılması haqqında Birgə Kommünike (Nyu-York) imzalanmışdır. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən BMT və İƏT çərçivəsində mövcud olmuşdur.
Azərbaycan ilə Toqo arasında əməkdaşlıq əlaqələri əsasən BMT, QH, İƏT və digər beynəlxalq təşkilatlar çərçivəsində inkişaf etdirilir. Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində Toqo ilə ölkəmiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün münbit şərait vardır.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 2018-ci ilin 27 sentyabr tarixində Nyu-Yorkda xarici işlər naziri Elmar Məmmədyarov Toqonun xarici işlə və əməkdaşlıq naziri Robert Dussey ilə görüşmüşdür.
Müqavilə-hüquq bazası
İki ölkə arasında 2 müqavilə imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
18 575.90 |
18 575.90 |
- |
2022 |
185.24 |
185.24 |
- |
2023 (yanvar-oktyabr) |
119.84 |
119.84 |
- |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi