Seyşel Adaları Respublikası
Azərbaycan Respublikası ilə Seyşel Adaları Respublikası arasında ikitərəfli münasibətlər
Ölkələrimiz arasında diplomatik münasibətlər 2 noyabr 1994-cü ildə qurulmuşdur.
Azərbaycan və Seyşel Adaları arasında əməkdaşlıq əlaqələri əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.
Afrika ölkələri ilə əməkdaşlığımıza verilən əhəmiyyət çərçivəsində Seyşel Adaları ilə ölkəmiz arasında ikitərəfli əlaqələrin müxtəlif sahələrdə, o cümlədən qarşılıqlı sərmayə qoyuluşu, enerji, balıqçılıq, turizm və digər sahələrdə inkişaf etdirilməsi üçün imkanlar mövcuddur.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
0.17 |
- |
0.17 |
2022 |
7.52 |
- |
7.52 |
2023 (yanvar-oktyabr) |
18.74 |
- |
18.74 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi