Ruanda Respublikası
Azərbaycan Respublikası və Ruanda Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Ruanda Respublikası arasında diplomatik əlaqələr 28 May 2004-cü il tarixində yaradılmışdır. (Azərbaycan Respublikası və Ruanda Respublikası arasında diplomatik əlaqələrin yaranması haqqında Birgə Kommünike. Nyu-York, 28 May 2004).
Ruanda Respublikasının Türkiyədəki səfirliyi Azərbaycanda akkreditə olunmuşdur.
Azərbaycan ilə Ruanda arasında əlaqələr əsasən BMT, QH və İƏT çərçivəsində inkişaf etdirilir. Ruanda Azərbaycanın Qoşulmama Hərəkatına sədrlik müddətinin uzadılmasına dəstək vermiş və ölkəmizin sədr qismində irəli sürdüyü təşəbbüsləri, xüsusilə də COVID-19 ilə bağlı səylərini dəstəkləmişdir. Ölkələrimiz arasında ikitərəfli münasibətlərə gəldikdə, əməkdaşlıq üçün yeni sahələrin müəyyənləşdirilməsi zəruridir və bu baxımdan nümayəndə heyətlərinin və biznes qruplarının qarşılıqlı səfərləri təşkil olunmalıdır.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 28-30 may 2019-cu il tarixində Ruanda Respublikasının Prezidenti Pol Kaqame Bakıda keçirilmiş futbol üzrə Avropa Liqasının final oyununu izləmək məqsədilə Bakı şəhərində qeyri-rəsmi səfərdə olmuşdur.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 2023-cü ilin sentyabr ayında Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksək səviyyəli həftəsi çərçivəsində Ruanda Respublikasının xarici işlər və beynəlxalq əməkdaşlıq naziri Vensan Biruta ilə görüşüb. Görüş zamanı, “Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında anlaşma memorandumu” və “Azərbaycan Respublikası hökuməti və Ruanda Respublikası hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında saziş” imzalanıb.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2021 |
33.11 |
- |
33.11 |
2022 |
17.49 |
- |
17.49 |
2023 (yanvar-oktyabr) |
20.75 |
- |
20.75 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi