Namibiya Respublikası
Azərbaycan Respublikası və Namibiya Respublikası arasında ikitərəfli münasibətlər
17 oktyabr 2019-cu il tarixində Əddis-Əbəbə şəhərində Azərbaycan Respublikası ilə Namibiya Respublikası arasında diplomatik əlaqələrin yaradılmasına dair Birgə Kommünike imzalanmışdır.
Azərbaycan ilə bu ölkə arasında əməkdaşlıq əlaqələri əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir. Namibiya ilə Azərbaycan arasında müxtəlif sahələrdə əlaqələrin intensivləşdirilməsi üçün imkanlar mövcuddur. Siyasi sahədəki əlaqələrimizə uyğun olaraq iqtisadi, ticari və digər sahələrdə də əməkdaşlığımızın genişləndirilməsi imkanlarına baxılmalıdır. İqtisadi-ticari əlaqələrin, mədən sənayesi və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanlar mövcuddur.
Azərbaycanın Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşlarına ayırdığı təhsil təqaüdləri çərçivəsində Namibiyadan olan tələbələr də Azərbaycanda təhsil alır.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 23-26 oktyabr 2019-cu il tarixlərində Bakı şəhərində keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Namibiya Respublikasının Prezidenti Haqe Qeinqobun rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.