Waving Flag of Mauritania (Animated Gif)

Mavritaniya İslam Respublikası

 

Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında ikitərəfli münasibətlər

 

1994-cü ilin 29 oktyabr tarixində Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında diplomatik əlaqələr yaradılmışdır.

 

Azərbaycan Respublikası Prezidentinin 1984 saylı, 22 fevral 2007-ci il tarixli Sərəncamı ilə AR-ın Mərakeş Krallığındakı fövqəladə və səlahiyyətli səfiri iqamətgahı Rabat şəhərində olmaqla, eyni zamanda AR-ın Mavritaniya İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

2023-cü ildən etibarən Azərbaycan Respublikasının Əlcəzair Xalq Demokratik Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri iqamətgahı Əlcəzair şəhərində olmaqla eyni zamanda AR-ın Mavritaniya İslam Respublikasında fövqəladə və səlahiyyətli səfiri təyin edilmişdir.

 

Azərbaycan Respublikasının daim dini və mədəni köklərlə bağlı olduğu ərəb ölkələri, o cümlədən Mavritaniya İslam Respublikası ilə əlaqələrin inkişafına və müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə xüsusi əhəmiyyət verir. Ölkələrimiz arasında istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində qarşılıqlı əməkdaşlıq mövcuddur. Qarşılıqlı əlaqələrin müxtəlif sahələrdə inkişaf etdirilməsi üçün hər iki ölkə geniş potensiala malikdir.

 

Dövlət başçılarının qarşılıqlı səfərləri

- 2010-cu ilin 15-17 iyul tarixlərində Mavritaniya İslam Respublikasının Prezidenti Məhəmməd Uld Əbdüləziz Azərbaycan Respublikasına səfər etmişdir.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 2010-cu ilin 06-09 aprel tarixlərində Mavritaniya İslam Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq naziri xanım Naha bint Muknəss Azərbaycan Respublikasında rəsmi səfərdə olmuşdur.

- 24-26 oktyabr 2019-cu il tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşü çərçivəsində Mavritaniyanın xarici işlər naziri İsmayıl Uld Şeyx Əhmədin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdə olmuşdur.

 

Parlamentlərarası əlaqələr

Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Mavritaniya Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Mavritaniya İslam Respublikası arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 9 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

26.65

-

26.65

2022

422.37

1.81

420.56

2023 (yanvar-oktyabr)

246.01

114.66

131.35

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti