Botsvana Respublikası
Azərbaycan Respublikası və Botsvana Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası ilə Botsvana Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol 2023-cü ilin dekabr ayında hər iki ölkənin BMT-dəki nümayəndələri tərəfindən imzalanmışdır.
Azərbaycan ilə Botsvana arasında dostluq və əməkdaşlıq əlaqələri mövcuddur. İki ölkə arasında ticari-iqtisadi əlaqələrin inkişaf etdirilməsi üçün hüquqi bazanın yaradılması, iş adamlarından ibarət nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin təşkili vacibdir. Azərbaycan ilə bu ölkə arasında əlaqələr əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 25 fevral 2014-cü il tarixində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Cənubi Afrika regionuna səfəri çərçivəsində Botsvanaya da səfər etmişdir.
- 2 mart 2023-cü il tarixində Bakı şəhərində keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək üçün Botsvananın xarici işlər naziri Lemoqanq Kvape ölkəmizdə səfərdə olmuşdur.