Waving Flag of Uzbekistan (Animated Gif)

Özbəkistan Respublikası

 

Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında ikitərəfli münasibətlər

Azərbaycan ilə Özbəkistan arasında diplomatik münasibətlər 2 oktyabr 1995-ci ildə yaradılmışdır.

1996-cı ilin avqust ayında Azərbaycan Respublikasının Özbəkistan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır. 1998-ci ilin iyul ayında Özbəkistan Respublikasının Azərbaycan Respublikasında səfirliyi fəaliyyətə başlamışdır.

İki ölkə arasında dostluq əlaqələri ümumi dəyərlər və tarixi bağlılıqla yanaşı, ikitərəfli səfərlər və görüşlər zamanı imzalanmış bir sıra birgə bəyanatlar və müqavilələrə əsaslanır. 27 may 1996-cı ildə Bakıda “Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə”, 1997-ci ildə Daşkənddə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında hərtərəfli əməkdaşlığın və tərəfdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi haqqında Bəyannamə”, 23 mart 2004-cü ildə Daşkənddə “Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında strateji tərəfdaşlığın daha da möhkəmləndirilməsi haqqında Bəyannamə” və 12 oktyabr 2012-ci ildə Bakıda “Azərbaycan Respublikası Prezidentinin və Özbəkistan Respublikası Prezidentinin Birgə Bəyanatı” imzalanmışdır.

14-15 oktyabr 2019-cı il tarixində Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Bakıd keçirilən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (TDƏŞ) VII Zirvə Toplantısında iştirak edib.

18-19 oktyabr 2016-cı il tarixində xarici işlər naziri Elmar Məmmədyarovun Özbəkistana səfəri baş tutmuşdur.

2002-ci ildən Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin bazasında Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti fəaliyyət göstərir. Hazırda Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyəti uğurla fəaliyyət göstərir. Cəmiyyət Özbəkistan Nazirlər kabineti yanında Xarici ölkələrlə beynəlxalq münasibətlər və dostluq əlaqələri üzrə Komitənin nəzdində fəaliyyət göstərir və hər il Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə birgə tədbirlər, layihələr həyata keçirir. Özbəkistan-Azərbaycan Dostluq Cəmiyyətinin sədri, Nizami adına Daşkənd Dövlət Pedaqoji Universitetinin rektoru, professor Şavkat Şaripovdur.

Azərbaycanın Özbəkistandakı Səfirliyinin nəzdində fəaliyyət göstərən Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ölkələrimiz arasında mədəniyyət, elm, təhsil, turizm sahələrində əməkdaşlığın inkişafında xüsusi rol oynayır. Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin 2010-cu ildə 27 sentyabrda Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Özbəkistan Respublikasının Baş Naziri (indiki prezident) cənab Şavkat Mirziyoyev tərəfindən açılışı olmuşdur.

 

Sözügedən Mərkəzlər daimi olaraq Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi ilə əlaqəli şəkildə fəaliyyət göstərir, daim iki xalq arasında dostluq, əməkdaşlığa həsr olunan birgə layihələr həyata keçirilir.

Müqavilə-hüquq bazası

Azərbaycan və Özbəkistan arasında 133 sənəd imzalanmışdır.

Parlamentlərarası əlaqələr

Azərbaycan və Özbəkistanın parlamentlərində fəaliyyət göstərən parlamentlərarası dostluq qrupları ikitərəfli əməkdaşlığın inkişafına öz töhfəsini verir.

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi (mln ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2017

30.6

26.04

39.5

2018

43.94

9.35

34.59

2019

81.96

28.87

53.09

2020

82.32

23.13

59.19

2021(yanvar-mart)

20.05

3.33

16.72

 

Mənbə: AR Gömrük Komitəsinin məlumatı

Əsas idxal məhsulları: qırmızı lobya, qurudulmuş üzüm, yumşaq buğda, yer fıstığı, hidrogen-xlorid, xam ipək, parça, minik avtomobilləri və avtobuslar.

Əsas ixrac məhsulları: ağ şəkər və saxaroza, heyvan və bitki mənşəli piylər və yağlardan hazırlanmış qida kimi istifadə olunan yararlı qarışıqlar və ya hazır məhsullar, reaktiv mühərriklər üçün kerosin yanacağı, lak və boya maddələri, polietilen, avtomobil hissələri.

İki ölkə arasında 18 iyun 1997-ci ildən qüvvədə olan “Əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın yaradılması haqqında Protokol”a əsasən əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiya yaradılmışdır.

Diplomatik Nümayəndəlik

Azərbaycan Respublikasının Özbəkistan Respublikasındakı Səfirliyinin ünvanı:

Şərq Tonqi küçəsi, 25

100043, Daşkənd şəhəri, Özbəkistan

Səfirliyin internet səhifəsi: www.tashkent.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti