Səudiyyə Ərəbistanı Krallığı
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında ikitərəfli münasibətlər
Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci ilin 30 dekabr tarixində tanımışdır. 1992-ci il fevral ayının 24-də iki ölkə arasında diplomatik əlaqələr qurulmuşdur.
Azərbaycan Respublikası və Səudiyyə Ərəbistanı Krallığı (SƏK) arasında mövcud əlaqələr dinamik xarakter daşıyır. Bu dinamikanı təmin edən əsas amil – siyasi əlaqələrin yüksək səviyyədə olmasıdır. Siyasi əlaqələrin yüksək səviyyəsi, SƏK ilə əməkdaşlığın müxtəlif sahələrində genişlənməsinə, habelə bu ölkə tərəfindən böyük həcmdə sərmayə qoyuluşuna şərait yaratmışdır. Viza rejiminin qarşılıqlı əsasda asanlaşdırılması turizm sahəsində əməkdaşlığın inkişafına təkan vermişdir. Ümumiyyətlə, Azərbaycan-SƏK əlaqələrində istifadə olunmamış potensialın mövcudluğu qarşılıqlı əməkdaşlıq üçün yaxşı perspektivlər vəd edir. İstər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Səudiyyə Ərəbistanı Krallığı Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- 9-13 iyul 1994 - Azərbaycan Respublikasının Prezidenti cənab Heydər Əliyevin rəsmi səfəri
- Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin səfərləri:
8-10 mart 2005 - rəsmi
2 avqust 2005 - İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanı Kralı Fəhd bin Əbdüləziz Əl Səudun dəfn mərasimində iştirak
7-8 dekabr 2005 - İKT Dövlət və Hökumət Başçılarının növbədənkənar III Zirvə Toplantısında iştirak
5-7 aprel 2015 – rəsmi
20-21 may 2017 - Ərəb-İslam-Amerika Sammitində iştirak
Baş nazirlərin qarşılıqlı səfərləri
- Yanvar 1992 - Azərbaycan Respublikasının Baş naziri Həsən Həsənovun işgüzar səfəri
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 1992 - Azərbaycan Respublikasının xarici işlər naziri Tofiq Qasımovun işgüzar səfəri
- Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun rəsmi və işgüzar səfərləri:
3-6 yanvar 2005
14-15 avqust 2012
13 may 2014
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramovun rəsmi və işgüzar səfərləri:
23-24 iyun 2021
18 oktyabr 2023
10 noyabr 2023
- Səudiyyə Ərəbistanı Krallığının xarici işlər üzrə dövlət naziri Nizar Əl-Mədəninin səfəri:
19-21 iyun 2006
- 4 oktyabr 2022 - Səudiyyə Ərəbistanı Krallığının xarici işlər naziri şahzadə Feysal bin Fərhan Əl Səudun rəsmi səfəri
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Səudiyyə Ərəbistanı parlamentlərarası əlaqələr üzrə işçi qrupu:
İşçi qrupunun rəhbəri – Fatma Yıldırım
Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupu:
Dostluq qrupunun rəhbəri – Fayez bin Abdullah Əş-Şəhri
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Murtuz Ələsgərovun işgüzar səfəri:
16-21 fevral 2004
- Azərbaycan Respublikası Milli Məclisinin sədri Oqtay Əsədovun rəsmi və işgüzar səfərləri:
4-8 may 2012
23-24 yanvar 2015
- Səudiyyə Ərəbistanı Krallığı Məşvərət Şurasının sədri Abdullah bin Məhəmməd Əl Əş-Şeyxin rəsmi səfərləri:
14-19 iyun 2010
20-21 sentyabr 2018
- Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Abdullah bin Məhəmməd Ən-Nasirin rəhbərlik etdiyi nümayəndə heyətinin rəsmi səfəri:
5-6 iyun 2014
- Səudiyyə Ərəbistanı Krallığının Məşvərət Şurasında Səudiyyə Ərəbistanı-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Fayez bin Abdullah Əş-Şəhrinin rəhbərlik etdiyi nümayəndə heyətinin rəsmi səfəri:
21 yanvar 2019
10-11 yanvar 2023
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası ilə Səudiyyə Ərəbistanı Krallığı arasında müxtəlif sahələrdə əməkdaşlıq haqqında 22 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
25 aprel 2000-ci il. Tarixində Azərbaycan Respublikası Hökuməti ilə Səudiyyə Ərəbistanı Krallığı Hökuməti arasında iqtisadiyyat, ticarət, investisiya, texnika, mədəniyyət, idman və gənclik sahələrində əməkdaşlıq üzrə Müştərək Komissiya yaradılmışdır.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
13 758.25 |
1 803.41 |
11 954.84 |
2020 |
13 497.17 |
1789.35 |
11 707.82 |
2021 |
27 014.17 |
12 467.69 |
14 546.48 |
2022 |
22 938.40 |
3 257.54 |
19 680.86 |
2023 (yanvar-oktyabr) |
26 119.24 |
4 539.02 |
21 580.22 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi