Waving Flag of North Korea (Animated Gif)

Koreya Xalq Demokratik Respublikası

 

Azərbaycan Respublikası və Koreya Xalq Demokratik Respublikası arasında ikitərəfli münasibətlər

 

Koreya Xalq Demokratik Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 1991-ci il 26 dekabr tarixində tanımışdır. İki ölkə arasında diplomatik əlaqələr 30 yanvar 1992-ci ildə qurulmuşdur.

 

Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası arasında xüsusi ilə çoxtərəfli əsasda – BMT, Qoşulmama Hərəkatı və digər beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlıq əlaqələri mövcuddur.

 

Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri

- 2018-ci il 5-6 aprel tarixlərində Koreya Xalq Demokratik Respublikası xarici işlər naziri Ri Yonq-ho Qoşulmama Hərəkatının 18-ci Aralıq Nazirlər Konfransında iştirak etmək məqsədilə Azərbaycana Respublikasına işgüzar səfər etmişdir.

 

Müqavilə-hüquq bazası

Azərbaycan Respublikası ilə Koreya Xalq Demokratik Respublikası  arasında  1 sənəd imzalanmışdır.

 

İqtisadi sahədə əməkdaşlıq

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2021

20.73

0

20.73

2022

0.03

0

0.03

2023 (yanvar-sentyabr)

26.96

0

26.96

Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi 

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti