Qırğız Respublikası
Azərbaycan Respublikası ilə Qırğız Respublikası arasında ikitərəfli münasibətlər
Azərbaycan ilə Qırğızıstan arasında diplomatik əlaqələr 19 yanvar 1993-cü ildə qurulmuşdur.
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyi 11 oktyabr 2007-ci ildə fəaliyyətə başlamışdır.
Qırğız Respublikası Prezidentinin 24 oktyabr 2014-cü il tarixli Sərəncamına əsasən Qırğız Respublikasının Azərbaycan Respublikasında Səfirliyi təsis edilmişdir.
16 sentyabr 2016-cı il, 03 sentyabr 2018-ci il tarixlərində Azərbaycan Respublikasının Prezidenti Zati-aliləri cənab İlham Əliyevin Qırğız Respublikasına səfərləri baş tutmuşdur.
3 sentyabr 2018-ci il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Elmar Məmmədyarovun Qırğız Respublikasına səfəri baş tutmuşdur.
5-6 fevral 2020-ci il tarixində Qırğız Respublikasının xarici işlər naziri Çingiz Aydarbekovun Azərbaycan Respublikasına səfəri baş tutmuşdur.
Parlamentlərarası münasibətlər
Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan-Qırğızıstan Parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri millət vəkili Musa Quliyevdir
Qırğız Respublikasının Jokorqu Keneşində (Parlament) Qırğızıstan-Azərbaycan parlamentlərarası əməkdaşlıq üzrə dostluq qrupu fəaliyyət göstərir. Qrupun rəhbəri Tazabek İkramovdur
Müqavilə-hüquq bazası
İki ölkə arasında 58 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
2020-ci ildə QR Hökumətinin rəsmi verdiyi məlumata əsasən ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmi 6,049 mln. ABŞ dolları olmuşdur. QR-nin ölkəmizə ixracı 4,421 mln. ABŞ dolları, idxalı isə 1,628 mln. ABŞ dolları təşkil etmişdir. Keçən illə müqayisədə pandemiya səbəbindən ölkələrimiz arasında ticarət dövriyyəsinin həcmində nisbi azalma müşahidə edilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi (milyon ABŞ dolları)
İllər |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2016 il |
5.21 |
4.43 |
0.78 |
2017 il |
6.7 |
5.6 |
1.1 |
2018 il |
4.3 |
1.7 |
2.6 |
2019 il |
6.2 |
4.0 |
2.2 |
2020 il |
6.0 |
4.4 |
1.6 |
Azərbaycana Qırğızıstandan idxal: kartof, nişasta, ərik, qarayonca toxumu, dərman vasitələri, közərmə lampaları.
Azərbaycandan Qırğızıstana ixrac: şəkər və saxaroza, şokolad və şokolad məhsulları, polietilen, maye sayğacları, plastik məmulatlar.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Qırğız Respublikasındakı Səfirliyin ünvanı: Bişkek şəhəri Tolomuş Okeev küçəsi 24
Səfirliyin internet səhifəsi: www.bishkek.mfa.gov.az
Səfirliyin telefon nömrəsi: +996312221779