Türkmənistan
Azərbaycan Respublikası və Türkmənistan arasında ikitərəfli münasibətlər
Azərbaycan Respublikası və Türkmənistan arasında diplomatik əlaqələr 9 iyun 1992-ci ildə qurulmuşdur. 18 oktyabr 2002-ci ildə Azərbaycan Respublikasının Türkmənistanda Səfirliyi fəaliyyətə başlamışdır. 08 iyun 1999-cu ildə Türkmənistanın Azərbaycan Respublikasında Səfirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Respublikası və Türkmənistan arasında münasibətlər strateji tərəfdaşlıq xarakterlidir. Azərbaycan və türkmən xalqları arasında tarixi köklərə malik dostluq və qardaşlıq əlaqələri bu tərəfdaşlığın əsasını təşkil edir.
Son illərdə həyata keçirilən ali səviyyəli qarşılıqlı səfərlər, aparılan dialoq və imzalanan normativ-hüquqi sənədlər tərəfdaşlığımızın inkişafını şərtləndirir.
Dövlət başçılarının qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 28 noyabr 2021-ci ildə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının 15-ci Sammitində iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 29 iyun 2022-ci ildə Xəzəryanı Dövlətlərin Dövlət Başçılarının VI Toplantısında iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir.
- Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 14 dekabr 2022-ci ildə Azərbaycan Respublikası, Türkiyə Respublikası və Türkmənistan Dövlət Başçılarının Birinci Üçtərəfli Zirvə Görüşündə iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir.
- Türkmənistanın Prezidenti Qurbanqulu Berdiməhəmmədov 11 mart 2020-ci ildə Azərbaycan Respublikasına rəsmi səfər etmişdir.
- Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədov 02 mart 2023-cü ildə Bakıda keçirilmiş Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Zirvə Görüşündə iştirak etmək məqsədilə Azərbaycan Respublikasına işgüzar səfər etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 21 yanvar 2021-ci ildə Türkmənistana rəsmi səfər etmişdir.
- Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov 27 noyabr 2021-ci ildə keçirilmiş İqtisadi Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirlər Şurasının 15-ci iclasında iştirak etmək məqsədilə Türkmənistana işgüzar səfər etmişdir.
Parlamentlərarası əlaqələr
Azərbaycan Respublikasının Milli Məclisində Azərbaycan-Türkmənistan parlamentlərarası əlaqələr üzrə işçi qrupu fəaliyyət göstərir.
İşçi qrupunun rəhbəri: Fəzail Ağamalı
Üzvlər: Cəbi Quliyev, Eldar İbrahimov, Elşən Musayev, Vahid Əhmədov, Şahin İsmayılov, Əziz Ələkbərov
9 iyun 2018-ci ildə Türkmənistan Məclisi tərəfindən “Xarici ölkələrin parlamentləri ilə parlamentlərarası dostluq qruplarının yaradılması” haqda qərar qəbul olunmuş, Türkmənistan Məclisi və Azərbaycan Respublikasının Milli Məclisi arasında parlamentlərarası dostluq qrupu yaradılmışdır.
Qrupun rəhbəri: Məclisin sosial siyasət üzrə komitəsinin sədri Aşırov Qurbanmırat Durdımıradoviç.
Müqavilə-hüquq bazası
89 sənəd imzalanmışdır. Mühüm sənəd:
- Azərbaycan Respublikası ilə Türkmənistan arasında Strateji tərəfdaşlıq haqqında Bəyannamə. Bakı, 08 avqust 2017-ci il
İqtisadi sahədə əməkdaşlıq
28 noyabr 2008-ci ildə Aşqabadda Azərbaycan Respublikası Hökuməti ilə Türkmənistan Hökuməti arasında İqtisadi Əməkdaşlıq üzrə Azərbaycan-Türkmənistan Hökumətlərarası Komissiyası haqda Saziş imzalanmış və 4 mart 2009-cu ildə qüvvəyə minmişdir.
Komissiyanın həmsədrləri:
Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarovdur.
Türkmənistan Nazirlər Kabineti sədrinin ticarət kompleksi, tekstil sənayesi və sahibkarlıq sahəsi üzrə müavini Batır Atdayevdir.
Komissiyanın sonuncu 7-ci iclası 28 noyabr 2023-cü ildə Aşqabad şəhərində keçirilmişdir.
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (milyon ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2023 (yanvar-oktyabr) |
710.39 |
72.59 |
637.80 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
2022-ci ilin müvafiq dövrü ilə müqayisədə, 2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistan ilə ticarət dövriyyəsi 88,42 faiz, o cümlədən idxal 76,36 faiz artmış, ixrac isə 4,72 dəfə çox olmuşdur.
2023-cü ilin yanvar-oktyabr aylarında Türkmənistanın Azərbaycan Respublikasının xarici ticarət dövriyyəsindəki payı 1,63 faiz (13-cü yer), o cümlədən idxalda 4,50 faiz (5-ci yer), ixracda isə 0,25 faiz (26-cı yer) təşkil etmişdir.
İdxalda artımın əsas səbəbi kimi xam neft, təbii qaz, maye yanacaq və sair məhsulların idxalının artmasını göstərmək olar. İxracda artım əsasən alüminiumdan məftil, tros və kabellər, pambıq lifi, şəkər və sair məhsulların ixracının artması hesabına olmuşdur.
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Türkmənistandakı Səfirliyi
Ünvan: Türkmənistan, Aşqabad şəhəri, Kopetdağ bölgəsi, Gipjak küçəsi 41.
Rəsmi internet səhifəsi: ashgabat.mfa.gov.az
E-poçt: ashgabat@mission.mfa.gov.az
Tel: +993 12 48 20 11
Faks: +993 12 48 20 22