Waving Flag of Singapore (Animated Gif)

Sinqapur Respublikası

İkitərəfli münasibətlər haqqında

 

Sinqapur Respublikası Azərbaycan Respublikasının müstəqilliyini 2 yanvar 1992-ci ildə tanıyıb, iki ölkə arasında diplomatik əlaqələr isə 15 avqust 1994-cü ildə qurulub. 2024-cü ildə diplomatik əlaqələrin qurulmasının 30 illiyi qeyd olunub.

 

2010-cu ilədək ikitərəfli əlaqələr əsasən beynəlxalq təşkilatlar çərçivəsində həyata keçirilib, sonrakı dövrdə isə iki ölkə arasında qarşılıqlı səfərlərə başlanılıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 20–21 noyabr 2012-ci il tarixlərində Sinqapur Respublikasına dövlət səfəri ikitərəfli əlaqələrin inkişafına mühüm təkan verib.

 

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyi eyni zamanda Sinqapur Respublikasında akkreditə olunub.

 

Azərbaycan Respublikası Prezidentinin 27 oktyabr 2025-ci il tarixli 769 nömrəli Sərəncamı ilə Ramil Rzayev Azərbaycan Respublikasının Sinqapur Respublikasında və Filippin Respublikasında Fövqəladə və Səlahiyyətli Səfiri (iqamətgahı Cakartada), eləcə də Azərbaycan Respublikasının Cənub-Şərqi Asiya Dövlətləri Assosiasiyası (ASEAN) yanında Daimi nümayəndəsi təyin edilib. Səfir 24 fevral 2026-cı ildə etimadnaməsini Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnama təqdim edib.

 

Sinqapur Respublikasının Azərbaycan Respublikasında akkreditə olunmuş səfiri yoxdur.

 

Prezidentlərin səfərləri

 

Azərbaycan Respublikası Prezidentinin Sinqapur Respublikasına səfəri

 

Dövlət başçısı

Səfərin mahiyyəti

Tarix

İlham Əliyev

Dövlət səfəri

20–21 noyabr 2012-ci il

 

 

Xarici işlər nazirlərinin səfərləri

 

Sinqapur Respublikası Xarici İşlər Nazirinin Azərbaycan Respublikasına səfəri

 

Nazir

Səfərin mahiyyəti

Tarix

Corc Yeo

Rəsmi səfər

18–21 mart 2010-cu il

 

 

Parlamentlərarası əlaqələr

 

Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin Sinqapur Respublikasına səfəri

 

Milli Məclisin Sədri

Səfərin mahiyyəti

Tarix

Sahibə Qafarova

Rəsmi səfər

13–15 may 2024-cü il

 

 

Səfər çərçivəsində Sahibə Qafarovanın Sinqapur Respublikasının Prezidenti Tarman Şanmuqaratnam, Parlamentin Sədri Seah Kian Penq və davamlılıq və ətraf mühit naziri Qreys Fu ilə görüşləri keçirilib.

 

Dostluq qrupları

 

Azərbaycan Respublikası Milli Məclisində Azərbaycan–Sinqapur parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Məşhur Məmmədovdur. Sinqapur Parlamentində parlamentlərarası əlaqələr üzrə işçi qrupu mövcud deyil.

 

Müqavilə-hüquq bazası

 

Hazırda Azərbaycan Respublikası ilə Sinqapur Respublikası arasında imzalanmış sənəd yoxdur.

 

İqtisadi sahədə əməkdaşlıq

 

İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)

 

İl

Ticarət dövriyyəsi

İxrac

İdxal

2023

119 737,88

95 133,09

24 604,79

2024

43 330,47

5 160,51

38 169,96

2025

62 745,40

1 324,70

61 420,70

 

Qeyd: Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin məlumatları əsasında hazırlanıb.

 

Azərbaycan Respublikasının İndoneziya Respublikasındakı Səfirliyinin ünvanı və əlaqə məlumatları

 

Ünvan: Jl. Karang Asem Tengah Blok C-5 No. 20, Kuningan Timur, Jakarta Selatan 12950, Indonesia
Telefon: (+62 21) 2555 4408
Elektron poçt: jakarta@mission.mfa.gov.az

 

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti