Nazir
Ceyhun Bayramov
Ceyhun Bayramov
Xarici İşlər Naziri

1973-cü ildə Bakı şəhərində anadan olub. 1990-cı ildə orta məktəbi gümüş medalla bitirib. Həmin il Azərbaycan Dövlət İqtisad İnstitutuna qəbul olunub. Bu ali məktəbi iqtisadçı ixtisası üzrə fərqlənmə diplomu ilə, Azərbaycan Universitetini hüquqşünaslıq ixtisası üzrə bitirib.

 

1996-2000-ci illərdə Vergilər Nazirliyində müxtəlif vəzifələrdə çalışıb, 2000-2002-ci illərdə “Salans Hertzfeld & Heilbronn (Baku) Limited” şirkətində hüquqşünas, 2002-2013-cü illərdə isə “OMNİ” hüquq şirkətinin direktoru olub.

 

2004-2012-ci illərdə dünyanın aparıcı hüquq nəşrlərindən olan “Chambers Global”, “IFLR1000” və “Legal500” tərəfindən hər il Azərbaycanda vergiqoyma və mülki hüquq sahəsində aparıcı hüquqşünaslar siyahısına daxil edilib.

 

2013-cü il mayın 30-dan avqustun 12-dək Təhsil Nazirliyi Aparatının rəhbəri vəzifəsində çalışıb. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 12 avqust 2013-cü il tarixli sərəncamı ilə təhsil nazirinin müavini təyin olunub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 23 aprel 2018-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Təhsil naziri təyin olunub.

 

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 16 iyul 2020-ci il tarixli sərəncamı ilə Azərbaycan Respublikasının Xarici İşlər naziri təyin olunub.

 

Evlidir, 2 övladı var.

Paylaş
Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti