Malayziya
Azərbaycan Respublikası və Malayziya arasında ikitərəfli münasibətlər
Azərbaycan ilə Malayziya arasında diplomatik münasibətlər 5 aprel 1993-cü ildə qurulmuşdur. Azərbaycan Respublikasının Malayziyada Səfirliyi 20 sentyabr 2005-ci il tarixində təsis edilmişdir. 1 aprel 2014-cü ildə Malayziyanın Azərbaycan Respublikasındakı Səfirliyi fəaliyyətə başlamışdır.
Azərbaycan Malayziya ilə İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmama Hərəkatı və BMT çərçivəsində səmərəli əməkdaşlıq edir.
Hökumət başçılarının qarşılıqlı səfərləri
- 2006-cı ilin 2-4 avqust tarixlərində Malayziyanın paytaxtı Kuala-Lumpur şəhərində İslam Əməkdaşlıq Təşkilatının Fövqəladə Zirvə toplantısı keçirilmişdir. Toplantıda Azərbaycan Respublikasının Baş naziri Artur Rasizadə iştirak etmişdir.
- 2014-cü ilin 11-13 sentyabr tarixlərində Malayziyanın Baş Naziri Mohammad Nacib Tun Abdul Razak Azərbaycana rəsmi səfər etmişdir.
- 2019-cu ilin 25-26 oktyabr tarixlərində Bakıda keçirilən Qoşulmama Hərəkatına üzv ölkələrin dövlət və hökumət başçılarının XVIII Zirvə görüşündə Malayziyanın Baş Naziri Mahathir Mohamad iştirak etmişdir.
Xarici işlər nazirlərinin qarşılıqlı səfərləri
- 16-18 mart 2006-cı ildə Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Malayziyada rəsmi səfərdə olmuşdur.
- 5-6 iyun 2014-cü ildə Malayziya Xarici İşlər naziri Dato’ Sri Anifah Amanın başçılıq etdiyi nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olmuşdur.
Parlamentlərarası əlaqələr
Azərbaycan-Malayziya parlamentlərarası əlaqələr üzrə işçi qrupu:
Qrupun hal-hazırkı rəhbəri – Vüqar Bayramov.
Malayziya-Azərbaycan parlamentlərarası dostluq qrupu:
Malayziya Parlamentində Qərbi Asiya Regionu üzrə Parlamentlərarası dostluq qrupunun (Azərbaycan da daxil olmaqla) yeni üzvləri 2023-cü ilin iyun ayında seçilmişdir.
Müqavilə-hüquq bazası
Azərbaycan Respublikası və Malayziya arasında müxtəlif sahələr üzrə 10 sənəd imzalanmışdır.
İqtisadi sahədə əməkdaşlıq
İki ölkə arasında ticarət dövriyyəsi, ixrac və idxalın həcmi (min ABŞ dolları)
İl |
Ticarət dövriyyəsi |
İxrac |
İdxal |
2019 |
62 450.68 |
596.80 |
61 853.88 |
2020 |
120 500.00 |
60 600.00 |
59 900.00 |
2021 |
77 052.30 |
512.74 |
73 539.56 |
2022 |
93 427.04 |
38 889.16 |
54 537.88 |
2023 (yanvar-sentyabr) |
81 311.05 |
36 342.50 |
44 968.55 |
Mənbə: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi
Diplomatik Nümayəndəlik
Azərbaycan Respublikasının Malayziyadakı Səfirliyi
Ünvan: Lot 589, Jalan 6, Taman Ampang Utama, Ampang, 68000, Selangor Darul Ehsan, Malayziya
Rəsmi internet səhifəsi: www.kualalumpur.mfa.gov.az
Tel: +60342526700