Media akkreditasiyası üçün müraciət

Tələb olunan sənədlər

 

  • Xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə (bundan sonra XİN) müraciət məktubu;
  • Ərizə-anket forması (elektron doldurula bilər);  
  • İki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil (şəkillərə dair tələblər);
  • Xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti; 
  • Xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti; 
  • Tərcümeyi-hal.

 

Xarici media nümayəndələrinin akkreditasiyası üçün tələb olunan sənədlər XİN-ə:

  • Poçt;
  • Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları;
  • XİN-in rəsmi internet səhifəsindəki elektron xidmət (e-akkreditasiya) vasitəsilə;

və ya şəxsən təqdim edilə bilər. 


Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 (otuz) gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı verilir.


Media akkreditasiyası ilə bağlı bütün suallar media_accreditation@mfa.gov.az elektron poçtuna ünvanlana bilər. 

 

E-Akkreditasiya 


E-akkreditasiya vasitəsilə müraciət edən zaman media akkreditasiya üçün tələb olunan bütün sənədləri əlavə etməyi unutmayın. Elektron akkreditasiya müraciətini buradan etmək mümkündür.

 

Müvafiq qanunvericilik bazası:

 

Azərbaycan Respublikasının Media haqqında qanunu

Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası qaydaları



Bütün hüquqlar qorunur. Hər hansı bir lisenziyalı materialdan istifadə etmək üçün əlaqə saxlayın.
Gizlilik Siyasəti